USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Twitter" S&P 500-ə daxil olur

05.06.2018 İqtisadiyyat
0 0
Sosial media nəhəngi "Twitter", ABŞ-ın biotexnologiya şirkəti "Monsanto"nun yerinə S&P 500 indeksinə girir.

"Kommersant" xəbər verir ki, ABŞ-ın biotexnologiya şirkəti "Monsanto"nun "Bayer"ə satılmasından sonra sosial media nəhəngi "Twitter", "Monsanto"nun yerini alaraq S&P 500 indeksinə girəcək. Xəbərin ardından "Twitter" səhmləri 3%-dən çox bahalaşmışdır.

ABŞ-ın Ədliyyə Nazirliyi, "Monsanto"nun Almaniyanın kimya nəhəngi "Bayer"ə satışını 30 Mayda qəbul etmişdi. Müqaviləyə görə, "Bayer" "Monsanto" şirkətini 66 milyard dollar ödəyərək satın alır.

Müqavilənin 7 İyunda başa çatdırılması gözlənir. Yeni şirkətin adı "Bayer" olacraq qalacaq və Monsanto "şirkət adı" olaraq istifadə olunmayacaqdır.

"Monsanto" geni dəyişdirilmiş orqanizmlər (GMO) məsələsində dünyanın bir nömrəli şirkəti kimi tanınır. "Monsanto" bu sahədə fəaliyyətlərini qlobal qidalanma məsələsini həll etmək kimi izah edir.

Ancaq şirkətə qarşı xüsusilə Avropadan böyük reaksiyalar var. Geni dəyişdirilmiş hər hansı bir məhsulun Avropa torpaqlarında yetişdirilməməsi üçün illərdir mübarizə aparılır.

  • Əvvəlki

    Naxçıvana onlayn aviabilet almaq mümkün oldu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0