"5G Home" evlərə gəlir

02.10.2018 İKT
ABŞ-da dünyanın ilk kommersiya seti olan 5G istifadəyə verilib.

"Kommersant.az" xəbər verir ki, 5-ci nəsil internet "Verizon" istifadəçiləri üçün əlçatandır.

5G-yə qoşulma ilk vaxtlarda Los-Anceles, Sakramento, İndianapolis və Hyustonda mümkün olacaq. Xidmətin adı isə "5G Home"dur. O, sırf ev istifadəsi üçün nəzərdə tutulub. "5G Home" internetə kabellə qoşulmanı əvəz edəcək. Orta hesabla 300 mbit/saniyəyədək internetə qoşulma gücünə malikdir. Maksimum sürəti isə 1 geqabit/san-dır.

Qeyd edək ki, xidmətin 1 dekabrdan etibarən Cənubi Koreyada işə düşəcəyi gözlənilir.