"Civilization VI" bu smartfonda da əlçatan oldu

05.10.2018 İKT
"Civilization VI", "iPhone"da da əlçatan olub.

"Kommersant.az" xəbər verir ki, təxminən 1 il öncə məşhur oyun yalnız "iPad"lərdə keçərli idi. Onu planşet üçün alan istifadəçilər, "iPhone" üçün versiyanı pulsuz əldə edəcəklər. Digər istifadəçilər isə oyunun yalnız 60 gedişatından istifadə edə biləcəklər. Oyunun tam versiyası üçün isə 60 dollar xərclənməlidir. "Civilization VI"a tələbat yüksək olduğundan, o, "iPhone 7" və yeni versiyalarda da əlçatan olacaq.

Xatırladaq ki, "Civilization VI" ilk dəfə 2016-cı ilin oktyabrında istifadəyə verilib. Əvvəllər o kompüterlər, "iPad" və "Nintendo Switch"də əlçatan idi.