Əməliyyat sistemində problem yaranıb

05.10.2018 İKT
"Windows" istifadəçiləri faylların itməsindən gileylənir.

"Kommersant.az" xəbər verir ki, problem "Windows 10"un yenilənməsindən sonra yaranıb. İstifadəçilər ekran vasitəsilə SMS göndərə bilsələr də, qovluqlarda yerləşən bir neçə faylı itiriblər. Onların sözlərinə görə əsasən "Şəkillər", "Yükləmələr", "Sənədlər" və "Mahnı" qovluqlarındakı fayllar yoxa çıxır.

Xatırladaq ki, "Windows 10", 3 oktyabrda yenilənib.