USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palatanın Çağrı Mərkəzi yeniləndi

12.10.2018 İqtisadiyyat
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatasında yenilənmiş 966 Çağrı Mərkəzinin və i-Map informativ xəritə xidmətinin təqdimat mərasimi keçirilib.

"Kommersant.az" xəbər verir ki, təqdimat mərasimini açan Palatanın mətbuat katibi Elşən Allahverdiyev bildirib ki, təqdim olunan 966 Çağrı Mərkəzi vətəndaşların suallarının operativ, keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb və fasiləsiz xidmət göstərəcək.

Çox kanallı, 3 dildə cavablandırmanı təmin edən, ölkənin bütün stasionar və mobil şəbəkə operatorlarından zəng qəbul edəcək 966 Çağrı Mərkəzinin mütləq hədəfi maliyyə xidmətlərinin istehlakçılarının, həmçinin çağrı mərkəzinə müraciət ünvanlayan vətəndaşların xətdə gözləmə müddətini minimuma endirməklə, sorğu və suallarının cavablandırılmasını təmin etməkdir.

Çağrı Mərkəzinin yaradılmasında əsas prioritet Palata ilə əlaqənin əlçatan olmasına və vətəndaş məmununluğunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar və ölkəmizə səfər etmiş turistlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, maliyyə qurumlarının filial və şöbələrinin rahat tapılması üçün yeni informativ xəritənin yaradılmasına zərurət yarandığı müəyyən edilib. Bununla əlaqədar olaraq, ölkənin bütün regionlarında fəaliyyət göstərən bank, BOKT, ATM, valyuta mübadiləsi məntəqələrin, sığorta şirkətlərinin və "Azərpoçt" mili poçt operatorunun filial, şöbə və ofislərinin əlaqə məlumatlarını özündə əks etdirən i-Map informativ xəritə yaradılıb. Xəritədə işğal olunmuş Azərbaycan ərazilərinin adları və turistlər üçün faydalı ola biləcək əsas turistik istiqamətlər barədə məlumat yerləşdirilib. Vətəndaşlar və ölkə qonaqları məkandan asılı olmayaraq i-Map informativ xəritənin köməyilə maliyyə xidmətlərini göstərən təşkilatların ünvanları, əlaqə telefonları, iş saatları və digər faydalı məlumatları rahatlıqla əldə edə biləcəklər.

Yaxın gələcəkdə informativ xəritədə bir neçə yeni funksiyaların tətbiq edilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Palatanın rəsmi internet səhifəsinə daxil olmaqla xəritənin imkanlarından faydalanmaq mümkündür.

  • Əvvəlki

    Balıq tutduğuna görə həbs olundu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0