“Nar Mobile” insanların cibinə girir - RƏSMİ CAVAB

6 Noyabr 11:08 İKT
“Nar Mobile” rominq xidmətinin ödənişini əvvəlcədən tutsa da, xidmət göstərmir. Operator isə problemin Türkiyədə olduğunu iddia edir.

“Kommersant.az” xəbər verir ki, ötənlərdə “Azercell”in vətəndaşların balansından müxtəlif yollarla pul “yediyi” ilə bağlı məlumat vermişdik. Bu dəfə isə oxşar vəziyyət “Nar Mobile”da müşahidə olunub.

Vətəndaşların, xüsusilə internet paketinin sərfəli olmasına görə seçdikləri operator, vətəndaşları elə internet paketi ilə sınağa çəkib. Sizə internet paketi götürüldüyü halda paketdən yox, balansdan çıxan pullardanmı deyək, wi-fi-dan istifadə olunduğu halda bitən internet paketlərindənmi, yoxsa aktiv olunduğu halda işləməyən, amma sərf olunan internetdənmi, bilmədik.

Redaksiyamıza daxil olan son şikayət isə tez-tez qarşılaşmayacağınız hal olsa da, “Nar Mobile”ın kreativ cavabını sizə bildirməli olduğumuzu düşündük. Belə ki, müştəri xidmətlərində rominqi aktivləşdirən və internet paketi götürən şikayətçi Türkiyədə xidmətdən istifadə edə bilmədiyini bildirir. Müştərinin sözlərinə görə, nömrə ümumiyyətlə aktivləşmir. Əməkdaşlarımız müraciətlə bağlı “Nar Mobile” ila əlaqə saxladı. “Nar Mobile” rəsmisi sistemdə heç bir problem görünmədiyini və problemin Türkiyədə olduğunu bildirdi. Operator sonda bir məsləhəti də qeyd etdi ki, şikayətçi “Turkcell”ə müraciət etsin.

Qısacası, “Nar Mobile” demək istəyir ki, Azərbaycanda həll edə bilmədiyimiz internet problemini Türkiyədə necə həll edək? Çünki "Turkcell"ə yönləndirilən müştəri eyni cavabı orda da alıb. "Bizim şəbəkələr və internetimiz normal işləyir, siz öz operatorunuzla əlaqə saxlayın", - deyə "Turkcell" əməkdaşları qeyd edib.

Əsas məsələ isə şikayətçinin bir nəfər deyil, bir neçə nəfər olmasıdır. Tur şəklində Türkiyəyə üz tutan həmyerlilərimizin hamsı eyni problemdən əziyyət çəkir. Hər telefon üçün 6 manatlıq ödənişi əvvəlcədən alan "Nar Mobile" turla Türkiyəyə yollanan onlarla insanın cibinə girib. Ən önəmli nüans isə vətəndaşlarımız ölkəyə döndükdən sonra internet paketlərindən istifadə edə bilməyəcəkləridir. Çünki sözügedən internet paketi rominq istifadəçiləri üçün nəzərdə tutulub. Qısacası "Nar Mobile" göstərmədiyi xidmətin ödənişini istifadəçidən alıb.

Araşdırmalar davam edir. Mövzunu diqqətdə saxlayırıq. Yaxında ölkənin ilk mobil operatoru “Bakcell”in də xidmətləri ilə sizləri tanış edəcəyik.

  • Əvvəlki

    Hansı bank dolları daha baha alır? - SİYAHI

Digər xəbərlər

8 Noyabr 20:53 İKT
İnstaqramın işində problem yarandı
0 0
8 Noyabr 14:13 İKT
"Facebook"dan daha bir - YENİLİK
0 0
7 Noyabr 15:20 İKT
"Samsung Galaxy F" bu rəngdə olacaq
0 0
6 Noyabr 18:17 İKT
Yeni agentlik yaradılır - FƏRMAN
0 0
6 Noyabr 16:39 İKT
İlon Mask 150 min dollar oğurladı
0 0
6 Noyabr 15:49 İKT
Mobil oyun oynamaq qadağan edilir
0 0