Bu şirkətdə 13 min nəfər işdən çıxarılacaq

10.05.2018 İKT
Böyük Britaniyanın ən böyük telekommunikasiya qrupu "BT Global Services", düz 13 min nəfəri işdən çıxaracağını bildirib

"Kommersant.Az" xəbər verir ki, "Reuters" tərəfindən son dəqiqə olaraq yayımlanan xəbərə görə, İngiltərə nəhəngi idarə və ofis əməkdaşlarından 13 min nəfəri işdən çıxaracaq. Bu ixtisarlar ilə əməkhaqqı xərclərini azaltmağı hədəfləyən şirkət investorları sakitləşdirmək üçün isə dividend ödəmələrinə davam edəcək.

Açıqlanan son rəqəmlərə görə, qrupun dördüncü rüb gəlirləri 3 faiz azalma ilə 5,9 milyard funt-sterlinqə (8 milyard dollar) geriləyib. İxtisarların daxilolmalardakı bu azalmaya görə olduğu bildirilir.