Instagramın hekayələr xüsusiyyətinə yeni bir anket növü gəlir

11 May 15:12 İKT
Məşhur fotoşəkil paylaşma platforması Instagram, hekayə xüsusiyyətini çıxartdığından bu yana gücünü xüsusilə bu istiqamətdə istifadə edir.

Hekayə xüsusiyyətinə bir yeniləmə daha əlavə edən Instagram, yeni bir anket növü təşkil edir.
Instagram, xüsusilə gənclərin istifadə bir sosial media növü olmuş olsa da artıq müxtıif yaşlı insanlar bu fotoşəkil paylaşma tətbiqini istifadə etməyə başladı. Bu platforma, bəzi insanlar üçün gəlir mənbəyinə belə çevrilmişdir. Vəziyyət belə olduqda yeniləmələrinə daima davam edən sosial media platforması, istifadəçilərinə snap atarkən istifadə edə biləcəkləri yeni bir anket növünü təqdim etdi.

Yeni xüsusiyyət ilə birlikdə snap sevərlər, hekayələrində bir Emoji sürüşdürücü istifadə edə biləcək. Şəkildən gördüyünüz kimi bu yeniləmədə yoldaşlarınız bir şeyləri dərəcələndirə biləcək. Beləliklə bu yenilikdə, dostlarınızın seçimlərinin miqdarını görə biləcəksiniz.
Həm Android həm də iOS cihazlarınızda istifadə edə biləcəyiniz xüsusiyyət, biz istifadəçilər üçün olduqca lazımlı ola bilər. Instagramın təqdim etdiyi digər anket variantı, "Bəli" və "Xeyr"- dən ibarət idi, ancaq bu yenilənmə ilə birlikdə əgər həqiqətən bir məlumat axtarırsınızsa bunu əldə edə bilərsiniz.

  • Əvvəlki

    Ərəb şəhərlərindən Bakıya uçuşların vaxtı məlum oldu

Digər xəbərlər