İlon Mask 150 min dollar oğurladı

6 Noyabr 16:39 İKT
"Tesla" rəhbəri İlon Maskın saxta profili 150 min ABŞ dolları oğurlayıb.

"Kommersant.az" xəbər verir ki, naməlum şəxslər oğurluğu 70 mindən çox abunəçisi və təsdiq edilmiş profili olan "Pantheon Books"un hesabına giriş əldə edərək həyata keçirib. Onlar İlon Maskın adından istifadə edərək, 1000 bitkoin payladıqlarını bildirib. İstəyənlərə isə kapitalı artırmaq təklif olunub. Bunun üçün virtual pulların sayını 0,1-dən 2 bitkoinə çatdırmaq tələb olunurdu. Əlbəttə ki, sonradan bitkoin qaytarılmayıb. Nəticədə oğrular 326 nəfərdən 150 000 dollar yığıb.

Qeyd edək ki, birinci dəfə deyil ki, "Tesla" rəhbəri adından istifadəçilərin hesabından bitkoin oğurlanır.