Azərbaycan şirkəti İranda zavod tikir

1 İyun 11:08 Sənaye
Azərbaycanın sənaye sahəsində müxtəlif gipslərin və tikinti materiallarının istehsalı sahəsində ixtisaslaşmış şirkəti İranda zavod tikməyə hazırlaşır.

Bu barədə "Kommersant.Az"a hökumətdən bildirilib.

Məlumata görə,"Mətanət A" şirkəti artıq İranda müvafiq ərazini satın alıb və orda zavod tikintisin planlaşdırır.

Şirətin rəhbəri Elxan Bəşirov bildirib ki, artıq "Mətanət A" Tehran yaxınlığında iri torpaq sahəsi alıb və hazırda müəssisənin layihə və tikintiyə hazırlıq işləri aparılır.