Qida Təhlükəsizliyi Agentliyinin sədri ət kəsim məntəqəsində olub

1 İyun 20:45 Sənaye
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlər çərçivəsində iyunun 1-də ət və ət məhsullarının istehsalı ilə məşğul olan "AzProtein Foods Group" MMC-nin fəaliyyəti ilə tanış olub, istehsalat sahələrinə baxış keçirib.

Agentliyin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən "Kommersant.Az"a bildiriblər ki, sədr Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində dövlət siyasəti və qarşıya qoyulan tələblər haqqında müəssisə əməkdaşlarına geniş məlumat verib, müasir standartlara cavab verən, rəqabətədavamlı qida məhsullarının, o cümlədən qida zəncirində mühüm əhəmiyyət kəsb edən ət və ət məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının əsas vəzifə olduğunu diqqətə çatdırıb.

Müəssisədəki iri və xırdabuynuzlu heyvanların kəsim sahəsi, laboratoriya otağı, dondurucu sahə, qablaşdırma sahəsinə baxış keçirən Q.Təhməzli iş prosesini müşahidə edib, kollektivi maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib, onların istək və arzularını dinləyib.

  • Əvvəlki

    Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb

Digər xəbərlər