USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşlənmiş yağlar təkrar emal edilib satışa çıxarılacaq

06.06.2018 İqtisadiyyat
0 0
Babək rayonunun Araz kəndində tullantı yağlarının yenidən emalı, bərk sürtkü yağlarının istehsalı sahəsi və quşçuluq təsərrüfatı yaradılır.

Bərk sürtkü yağları istehsal olunacaq müəssisədə hazırda xaricdən gətirilən dəzgahların qurulması prosesi başa çatmaq üzrədir. İstifadə müddətini başa vurmuş yağlar burada təkrar emal olunaraq bazara çıxarılacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, qardaş Türkiyə Respublikasında da satışı nəzərdə tutulur. Burada yeni iş yerləri yaradılacaq və gələcəkdə müəssisəsinin ixrac imkanları genişləndiriləcəkdir.

Həmin ərazidə sahibkar Zəka Mirzəyevə məxsus yeni quşçuluq təsərrüfatı da fəaliyyətə başlayacaq. 800 kvadratmetr ərazini əhatə edən istehsal sahəsinə 20 min quş gətiriləcək. Burada dərman və dən deposu, eləcə də işçilər üçün otaqlar ayrılıb. Müəssisədə işıq, su və havalandırma sistemlərinin çəkilişi başa çatdırılıb. Yeni istehsal sahəsi daxili tələbatı ödəmək və xaricə valyuta axınının qarşısını almaq məqsədilə yaradılıb. Gələcəkdə müasir texnologiyaların imkanlarından da istifadə edilməklə məhsul istehsalına başlanılacaq.

  • Əvvəlki

    Bakıda 10 min ədəd qoruyucu tumbalar quraşdırılır

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0