Azərbaycan pomidor ixracatına görə ilk 3-lükdə qərarlaşdı

2 İyul 09:00 Sənaye
2018-ci ilin I rübündə Azərbaycan Rusiyaya əsas təzə pomidor ixracatçılarından biri olub. Bu barədə Rusiya mətbuatı məlumat verib.

"Kommersant" İnterfaksa istinadən xəbər verir ki, cari ilin birinci rübündə Rusiya 20-dən artıq ölkədən 187,72 milyon dollar məbləğində təzə pomidor idxal edib.

Bu məhsulun Rusiyaya əsas ixracatçısı Mərakeş (65,57 mln. dollar) olub. İkinci yerdə Çin qərarlaşıb (37,98 mln.dollar)

Azərbaycan üçüncü yerdədir. Azərbaycandan pomidor ixracı 22,95 mln. dollar təşkil edib.

İran 17,52 mln. dollar ixrac həcmi ilə 4-cü yerdə qərarlaşıb. Türkiyə Rusiyaya 12,93 mln. dollar məbləğində pomidor ixrac edib.

Qeyd olunan dövr ərzində Rusiyaya təzə pomidor ixracının 84%-i bu ölkələrin payına düşüb.

Qeyd edək ki, Azərbaycan tərəfinin məlumatına görə, 2018-ci ilin I rübündə 23 mln. 988,54 min dollar məbləğində pomidor ixrac olunub.

2017-ci ildə Azərbaycan 151,6 mln. dollar məbləğində pomidor ixrac edib, bunun əsas həcmi Rusiyanın payına düşüb.