5 ayda 100 milyon dollara yaxın valyuta gətirib

3 İyul 15:01 Sənaye
Bu ilin yanvar-may aylarında Azərbaycan qeyri-neft sektoru üzrə ixracı illik müayisədə 20% artırıb

"Kommersant" bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramin Hüseyn "Report"a deyib.

Onun sözlərinə görə, hesabat dövründə Azərbaycandan 667,5 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub:

"Rusiyaya 223 mln. dollar, Türkiyəyə 154,3 mln. dollar, Gürcüstana 69,9 mln. dollar, İsveçrəyə 56,5 mln. dollar, Çinə 19,1 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. Xaricə ən çox satılmış məhsul 96,8 mln. dollar dəyəri olan pomidor olub. Bu ilin ilk 5 ayında pomidor ixracı dəyər baxımdan 21%, həcm baxımından isə 15% artıb"

  • Əvvəlki

    Nazirlik “Teleqüllə” sürüşmə sahəsi və “Buxta küçəsi”ndə vəziyyəti açıqlayıb

Digər xəbərlər