USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

89 milyon avroluq zavod növbəti il işə salınacaq

30.07.2018 İqtisadiyyat
1 0
Azərbaycanda vərəqə şüşə istehsalı üzrə yeni zavod 2018-ci ilin sonu-2019-cu ilin əvvəlində işə salınacaq.

"Kommersant.az" xəbər verir ki, Zavod Sumqayıt Kimya Sənaye Parkı (SKSP) ərazisində tikilir. Zavodun inşasına investisiyalar 89 mln. avroya yaxın təşkil edəcək.

Zavodun illik gücü 8 mln. kv. m təşkil edəcək (sutkalıq 250 ton). Zavodda şəffaf və bütünkütləsi tonlaşdırılmış vərəqə şüşə istehsal olunacaq. Zavodda 300-ə nəfərin çalışacağı nəzərdə tutulur.

2016-cı ilin payızında "AzerFloat" Almaniyanın "HORN Glass İndustries AG" şirkəti ilə vərəqə şüşə istehsalı üzrə müasir zavodun inşasına dair saziş imzalayıb. Tikinti işlərinə 1 oktyabr 2017-ci il tarixində 12 hektar ərazidə start verilib.

Hazırda Azərbaycanda vərəqə şüşə istehlakçıları və şüşə istehsalçıların tələbatları əsasən Ruusiyadan idxal hesabına ödənilir. Azərbaycanda şüşə istehsalınən əsas həcmi ilk növbədə ölkə daxilində tələbatın ödənilməsinə yönəldiləcək, qalanı isə Gürcüstan, Orta Asiya ölkələri və ehtimal ki, Rusiyaya ixrac olunacaq.

© İnterfaks-Azərbaycan

  • Əvvəlki

    Avropa İttifaqı AZAL-ın özəlləşdirilməsini təklif edib

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0