Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır

11 May 16:53 Sənaye
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Bu sahədə növbəti işgüzar forum mayın 11-də Şəmkir rayonunda keçirilib. İqtisadiyyat Nazirliyindən "Kommersant.Az"a verilən məlumata görə,Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, kartof və soğan saxlama anbarının, istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının, cins heyvandarlıq kompleksinin, quru meyvə və çörək istehsalı, meyvə-tərəvəz və süd emalı, ət kəsimi və ət emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Şəmkir rayonundan olan 1100 sahibkara 63,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, aqroparkın, iri fermer, istixana, intensiv bağçılıq təsərrüfatlarının, çörək zavodunun, balıq istehsalı və emalı, tikinti materialları istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 32 sahibkara 1,9 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər balıq istehsalı və emalı müəssisəsinin yaradılmasına, bağçılıq, tərəvəzçilik, heyvandarlıq sahələrinin inkişafına və s. yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 350-dən çox yeni iş yerinin açılması imkanı yaranacaq.

Tədbir çərçivəsində Şəmkirdə dövlətin güzəştli krediti ayrılan ildə 3 min ton balıq istehsal etmək gücünə malik müəssisəyə baxış keçirilib.

  • Əvvəlki

    Azərbaycanda sarı pendir istehsalına başlanılıb

Digər xəbərlər