Bakı Tikiş Evinin nəzarət və orqanları yenidən formalaşdırılacaq

15 May 09:06 Sənaye
İyunun 29-da, saat 14:00-da “Bаkı Tikiş Еvi” АTSC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Kommersant.Az” xəbər verir ki, yığıncaq ATSC-nin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 113 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Bakı Tikiş Evi”nin nəzarət və icra orqanlarının seçilməsi, 2017-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması məsələləri daxildir.