Son dövrlər sığorta bazarında canlanma müşahidə olunur. Bunu hesabat dövrlərinin nəticələrində əyani şəkildə görmək mümkündür
"Kommersant.Az" Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqlarında 55%, sığorta ödənişlərində isə 4% artım qeydə alınıb. 2018-ci ilin yanvar-aprel ayları üzrə sığorta göstəricilərinə görə, "Paşa Həyat" Sığorta Şirkəti liderdir. Belə ki, bu ilin ilk 4 ayına olan sığorta haqları 108 milyon manat, sığorta ödənişləri isə 17 milyon manat təşkil edib.