“İpək Yolu Sığorta”nın mənfəəti 31% azalıb - HESABAT

22 Oktyabr 14:05 Sığorta
“İpək Yolu Sığorta” ASC bu ilin yanvar-sentyabr aylarını 1 milyon 640 min manat mənfəətlə başa vurub. Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 30,8% azdır. Belə ki, ilin müvafiq dövründə isə “İpək Yolu Sığorta” 2 milyon 370 min manat mənfəətlə başa vurmuşdu.

“Kommersant.az” şirkətin hesabatına əsasən xəbər verir ki, 9 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 17 milyon 131 min manat, xərcləri isə 15 milyon 491 min manat təşkil edib.

Şirkətin aktivləri də azalıb

Bu il oktyabrın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 39,051 milyon manat olub ki, bu da illik müqayisədə 10,7% azdır. Son 1 ildə şirkətin öhdəlikləri 1,1% azalaraq 16,779 milyon manata düşüb, balans kapitalı isə isə 16,8% azalaraq 22,272 milyon manata düşüb.

Qeyd edək ki, “İpək Yolu Sığorta” mənfəət vergisi ödəməyib.