ARPA Vergilər və Maliyyə nazirlikləri ilə memorandum imzalayıb

6 İyun 18:36 Qeyri Bank
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Vergilər və Maliyyə nazirlikləri ilə memorandum imzalayıb.

Bunu ARPA-nın baş icraçı direktoru Əli Bayramov deyib.

Ə.Bayramovun sözlərinə görə, tezliklə Maliyyə Nazirliyi ilə birlikdə mühasiblər üçan açıq qapı günü elan ediləcək.

ARPA rəsmisi həm də Dövlət İmtahan Mərkəzi (DİM) ilə də əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb. DİM-in keçirdiyi imtahanlar üçün sualların tərtibində ARPA iştirak etmək niyyətindədir:

"Biz ölkəmizdə keçirilən islahatlarda iştirak edib bu sahəyə töhfə vermək niyyətindəyik. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə də danışıqlar aparırıq və düşünürük ki, onlarsız "Mühasibat uçotu haqqında" qanunun icrası mümkün deyil".

Ə.Bayramov qeyd edib ki, yeni qanunla bağlı artıq dövlət qurumları arasında bölgülər aparılıb və təkliflərin hazırlanması üçün son vaxt müəyyən edilib:

"Biz ARPA olaraq üzvlərimizə üzvlük sertifikatını verəcəyik. Amma peşəkar mühasiblik imtahanını və peşəkar mühasib sertifikatını DİM verəcək".

Report

  • Əvvəlki

    Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

Digər xəbərlər

1 Noyabr 09:12 Qeyri Bank
Rubl bahalaşdı
0 1
31 Oktyabr 11:12 Qeyri Bank
"Finca Azerbaijan"ın kapitalı artırıldı
0 0
21 Sentyabr 14:36 Qeyri Bank
BOKT-da - YENİ TƏYİNAT
0 0
22 Avqust 12:22 Qeyri Bank
Yeni lizinq şirkəti yaradılıb - AZƏRBAYCANDA
0 0
9 Avqust 09:28 Qeyri Bank
Səhmdarları növbədənkənar toplaşacaqlar
0 0
8 Avqust 10:22 Qeyri Bank
Vəkil lizinq şirkətinin payçısı oldu
0 0