“Union Lizinq”in maliyyə vəziyyəti məlum oldu

14 Avqust 17:01 Qeyri Bank
“Union Lizinq” ASC 2018-ci ilin birinci yarısını 382 min 288 manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilin xalis mənfəətilə müqayisədə təxminən 9% azdır. ASC 2017-ci il 418 min 602 manat xalis mənfəətlə bağlamışdı.

Kommersant.az” ASC-nin maliyyə hesabtına istinadən xəbər verir ki, “Union Lizinq”in əsas əməliyyat gəliri 2018-ci ilin birinci yarısında 871 min 296 manat təşkil edib. Şirkət ötən il 1 milyon 706 min manat cəmi əməliyyat gəliri əldə etmişdi.

Union Lizinq”in lizinq portfeli (lizinq üzrə debitor borcları) azalıb. 30 İyun 2017-ci il tarixində 13 milyon 776 min manat olan portfel 30 İyun 2018-ci il tarixindək 12 milyon 620 min manata düşüb (8,6% azalma).

2016-cı ilin sonunda şirkətin lizinq portfeli 18 milyon 347 min manat təşkil edirdi.

Şirkətin aktivləri isə 13 milyon 837 min manatdan 12 milyon 639 min manata geriləyib.

"Union Liziniq"in kapitalı mənfi zonadadır. Yığılmış zərərə görə kapital 5 milyon 703 min manat kəsirdədir.

Şirkətin 18 milyon 341 min manat öhdəliyinin 13 milyon 717 min manatını uzunmüddətli kredit borcları təşkil edir.

“Union Lizinq” 100% İsmayılov Abdul Rufat oğluna məxsusdur.