“Şirkətimiz adını dəyişib və MMC-yə çevrilib” - AÇIQLAMA

09.05.2018 Qeyri Bank
“Hələ bazardakı borclarımızı yığırıq”

“Kommersant.Az” xəbər verir ki, bunu saytımıza açıqlamasına “Unileasing” şirkətinin nümayənədəsi, "Unileasing" Lizinq Şirkəti" QSC-nin adını və təşkilati-hüquqi formasını dəyişərək "IDirekt kredi" MMC-yə çevrilməsi xəbərinə aydınlıq gətirərkən deyib.

O, şirkətin kredit təşkilatına çevrilib-çevrilməyəci ilə bağlı məsələyə də aydınlıq gətirərək bildirib ki, şirkətin hazırki fəaliyyət növü hələ müəyyənləşdirilməyib:

“Yenə lizinq fəaliyyəti ilə məşğul olub-olmayacağımızı hələ dəqiq bilmirik. İndiki zamanda bazardakı borclarımızı yığırıq.”

Qeyd edək ki, bu gün mediada yayılan xəbərə görə, "Unileasing" Lizinq Şirkəti" QSC adını və təşkilatı-hüquqi formasını dəyişərək "IDirekt kredi" MMC olub.

Bildirək ki, "Unileasing" 2004-cü ildən fəaliyyət göstərir.

  • Əvvəlki

    SOCAR-ın payı olan şirkət zərərdə

Digər xəbərlər

24.01.2019 Qeyri Bank
"Kapital Bank" BOKT qurdu
0 0
01.01.2019 Qeyri Bank
Vəzifəli şəxs işdən çıxarıldı
0 0
21.09.2018 Qeyri Bank
BOKT-da - YENİ TƏYİNAT
0 0