USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda əmanətçilərin yarım milyonunu oğurlayan bankirin məhkəməsi başladı

03.12.2018 Problemli Banklar
0 0
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib.

Belə ki, E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib.

Xatırladaq ki, E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.

report

  • Əvvəlki

    Sabah güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0