“Bağlanan banklardan pulumuzu götürsək, gələn il daha 10 mln..."

13.12.2018 Problemli Banklar
Gələn il Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin xətti ilə fermerlərə 10 mln. manat güzəştli kredit ayrılması nəzərdə tutulub.

"Kommersant.az" bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun rəhbəri Mirzə Əliyev bildirib.

“Bu ilin may ayından kreditləşməni bərpa etmişik. Söz vermişdik ki, ilin sonuna qədər 10 mln. manat vəsaitin fermerlərə çatdırılmasına çalışacağıq. Demək olar ki, bu rəqəmə çatmışıq. 2019-cu ildə kreditlərin geri yığımını sürətləndirə və lisenziyası ləğv edilmiş banklardakı vəsaitlərimizi götürə bilsək, daha 10 mln. manat güzəştli kredit verəcəyik”, – deyə o, qeyd edib