"NBC Bank"ın xalis mənfəəti 2 dəfədən çox azaldı

22.01.2019 Problemli Banklar
"NBC Bank"ın 2018-ci ilin 4-cü rübündə açıqladığı hesabata görə bankın xalis mənfəəti 2 dəfədən çox azalıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, ötən ilin 40cü rübündı bankın cəmi aktivləri 79 mln. 251 min manat artaraq 283 mln. 376 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri 78 mln. manat artaraq 225 mln. 274 min manat olub.

Bankın cəmi kapitalı 1 mln. 264 min manat artaraq 58 mln. 103 min manat olub.

BANKIN XALİS MƏNFƏƏTİ 2 DƏFƏDƏN ÇOX AZALIB

2017-ci ilin dekabrında 2 milyon 914 min manat mənfəət əldə edən bankın 2018-ci il 31 dekabra görə xalis mənfəəti 2 dəfədən çox azalıb. Belə ki, 1 mln. 769 min manatlıq mənffət azalmasından sonra, bank 1 mln. 149 min manat xalis mənəətə sahib olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"NBC Bank"ın kredit portfeli 31 dekabr 2018-ci ilə görə 204 mln. 469 min manat olub. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 50 mln. manatdan çoxdur. Bankın depozit portfeli isə eyni dövrlə müaqyisədə 32 mln. 457 min manat artaraq 106 mln. 426 min manat olub.

FAİZ GƏLİR VƏ XƏRCLƏRİ CUZİ ARTB

"NBC Bank"ın qeyri-faiz gəlirləri 244 min manat, qeyri-faiz xərcləri isə 1 mln. 628 min manat artıb. Belə ki, 31 dekabr 2018-ci ilə qədər bank 3 mln. 386 min manat qeyri-faiz gəliri və 7 mln. 660 min manat qeyri-faiz xərcləri açıqlayıb.

Bankın məxmu kapitalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cuzi artıb. Belə ki, bankın məcmu kapitalı 1 mln. 294 min manat artaraq 57 mln. 884 min manat olub.

Bankda vaxtı keçmiş kreditlər 11 mln. 157 min manat təşkil edib ki, bunun da 9 mln. 408 min manatı Bakının payına düşür.

  • Əvvəlki

    Sığortadan sonra poliklinikalar necə işləyəcək?

Digər xəbərlər