"Azər Türk Bank" 2018-ci ili yüksək mənfəətlə başa vurdu

21.01.2019 Sərfəli Banklar
2018 -ci ilin 4-cü rübünə 170 min manat mənfəətə sahib olan "Azər Türk Bank" hesabatını açıqlayıb.

"Kommersant.az" dövlət bankının açıqladığı hesabata istinadən xəbər verir ki, bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 mln. 150 min manat artaraq 368 mln. 306 min manat olub. Bundan başqa bankın toplam öhdəlikləri 34 mln. 137 min manar artaraq 314 mln. 838 min manat olub.

"Azər Türk Bank"ın toplam kapitalı 2018-ci ilin 4-cü rübündə 54 mln. 468 min manat təşkil edib.

FAİZ GƏLİRLƏRİ ARTIB

"Azər Türk Bank"ın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. 89 min manat artaraq 11 mln. 734 min manat olub. Bundan başqa bankın qeyri-faiz gəlirləri də artıb. Belə ki, 2017-ci il 31 dekabrda 7 mln. 166 min manat qeyr-faiz gəlirinə sahib olan bank 2018 -ci ilin müvafiq dövründə 10 mln. 745 min manatlıq qeyri-faiz gəlirləri açıqlayıb.

Dövlət bankı 2018-ci ili 169,5 min manatlıq mənfəətlə başa vurub.

KREDİT VƏ DEPOZİT PORTFELİ

Dövlət bankının kredit portfeli 38% 164 mln. 900 min manat olub. Depozit portfeli 167,5 milyon manat həcmində olub ki,bunun da 55,3 milyon manatı əhalinin əmanətləridir.

MƏCMU KAPİTALI 50 MİLYONU ÖTÜB

Dövlət bankının məcmu kapitalı 2018 -ci ilin 31 dekabrına olan göstəricilərə görə 52 mln. 327 min manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. 139 min manat azdır. Məcmu kapitalın adekvatlıq əmsalı 24,7%, leverec əmsalı 13% təşkil edib ki, bu da müəyyən olunmuş normativlərdən təqribən 3 dəfəyə yaxın çoxdur.

Qeyd edək ki, 2018-ci ildə Dövlət bankının müştərilərinin sayı iki dəfə artaraq 48 min 351nəfərə çatıb.