"Bank BTB" 2018-ci ili mənfəətlə başa vurdu

22.01.2019 Sərfəli Banklar
"Bank BTB" 2018-ci ilin 4-cü rübünü 704 min manat xalis mənfəətlə başa vurub.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın cəmi aktivləri 46 milyon manat və ya 17,12% artıb. Belə ki, bankın cəmi aktivləri 31 dekabr 2018 -ci ildə 314 mln. 773 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri də artıb. 2017-ci ilin 4-cü rübündə 214 mln. 799 min manat öhdəliyə sahib olan bank 2018-ci ilin müvafiq dövründə cəmi öhdəliyini 44 mln. 568 min manat və ya 21% artıraraq 259 mln. 367 min manata çatdırıb.

Bankın cəmi kapitalı 1 mln. 435 min manat artaraq 55 mln. 406 min manata bərabər olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Bank BTB"nin kredit portfeli kəskin artıb. Belə ki, bank 2018-ci ilin 4-cü rübündə 175 mln. 231 min manat kredit portfelinə sahib olub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 44 mln. 295 min manat və ya 34% çoxdur. Bankın depozit portfeli də kəskin artıb. 2017-ci ilin 4-cü rübü ilə müqayisədə depozit portfelini 60% və ya 33 mln. 968 min manat artıran bank 2018-ci ilin 31 dekabrında 90 mln. 873 min manatlıq depozit açıqlayıb.

BANKIN XALİS MƏNFƏƏTİ VƏ FAİZ GƏLİRLƏRİ ARTIB

"Bank BTB"nin xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 17 min manat artaraq 704 min min manata bərabər olub. Bankın xalis faiz gəliri 3 mln. 847 min manat artaraq 8 mln. 181 min manat olub. Bundan başqa bankın qeyri-faiz gəliri 4 mln. 338 min manat artaraq 6 mln. 588 min manata, qeyri-faiz xərcləri isə 1 mln. 405 min manat artaraq 13 mln. 339 min manat olub.

BANKIN MƏCMU KAPİTALI ARTIB

2018-ci ildə “Bank BTB”nin nizamnamə kapitalı 2017-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 66,450 milyon manat olub. Bundan başqa Bankın məcmu kapitalı 1 mln. 73 min manat və ya 2% artaraq 54,730 milyon manata bərabər olub. Məcmu kapitalın adekvatlıq əmsalı 20,36% təşkil edib ki, bu da normadan 10,36% çoxdur.