"Amrahbank" 2018-ci ili uğurla başa vurdu - HESABAT

01.02.2019 Sərfəli Banklar
2017-ci illə müqayisədə 2018-ci ildə “Amrahbank”ın cəmi aktivləri 25 milyon 560 min manat və ya 12,5% artaraq 230 milyon 330 min manata çatıb. “Amrahbank” 2017-ci ilin sonunda 204 milyon 770 min manat cəmi aktivlərə malik idi.

“Kommersant.az” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, illik müqayisədə “Amrahbank”ın xalis kredit portfeli (müştərilərə verilən kreditlər) 16 milyon 677 min manat və ya 17,5% artaraq 111 milyon 862 min manata qalxıb.

İllik müqayisədə müştəri hesabları (o cümlədən müddətli və tələbli depozitlər) 139 milyon 405 min manatdan 185 milyon 930 min manata yüksəlib (33,3% artıb).

2017-ci illə müqayisədə 2018-ci ildə “Amrahbank”ın cəmi öhdəlikləri 44 milyon 223 min manat və 27,7% artaraq 203 milyon 928 min manata çatıb.

Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Bankın aktivləri, kredit portfeli və öhdəlikləri azalmışdı.

“Amrahbank”ın aktivlərinin, o cümlədən müştərilərə verilən kreditlərin yenidən artmaqda davam etməsilə Bankın gəlirlərinin artacağı gözlənilir.

Ötən il “Amrahbank” xarici valyuta əməliyyatları üzrə 3 milyon 783 min manat xalis gəlir əldə edib.