Bank Respublika əməkdaşları cəbhə bölgəsindəki uşaqları sevindirib

06.09.2018 Sərfəli Banklar
İnsanın şəxsiyyət kimi formalaşmasında, onun inkişafında təhsilin rolu danılmazdır. Buna görə də təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq cəmiyyət formalaşır.

Bankdan "Kommersant.az"a verilən məlumata görə, davamlı olaraq müxtəlif sosial layihələr keçirən Bank Respublika bu dəfə təhsilə və elmə dəstək məqsədi ilə cəbhə bölgəsində yaşayan və bu il birinci sinifə gedəcək uşaqları sevindirib.

Belə ki, Bankın əməkdaşları “Güvən” Cəmiyyəti ilə birgə qarşıdan gələn yeni tədris ililə bağlı Füzuli rayonunda salınmış Qayıdış qəsəbəsində, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən 5 məktəbdə olublar.

Görüşlərdə bankın əməkdaşları qaçqın və məcburi köçkün ailələrindən olan 100-dən çox birinci sinif şagirdlərinə məktəbli çantası və dərs ləvazimatları hədiyyə edib, onlara yeni tədris ilində uğurlar, yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzulayıblar.

Tədbirdə çıxış edən müəllimlər bildiriblər ki, məktəbin düşmənlə təmas xəttində yerləşməsinə baxmayaraq, şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir.

Bankdan verilən məlumata əsasən, Korporativ Sosial Məsuliyyət siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da bu növ müxtəlif sosial layihələr həyata keçirməyə davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.