İstehlak kreditlərinin illik faizi 10% endirildi - 10LARIN XEYİRİ

09.10.2018 Sərfəli Banklar
Dövlət bankı Azər Türk Bank, 10-31 oktyabr tarixləri arasında da məhsullarına endirim tətbiq etməkdə davam edir.

Bankdan "Kommersant.az"a daxil olan məlumata görə, bank müştərilərinə bu dəfə “10ların xeyiri” kampaniyası ilə müxtəlif istiqamətlərdə endirimlər təklif edir. Kampaniya çərçivəsində, kredit üzrə xidmət haqqına və istehlak kreditinin illik faizinə 10%-i həcmində endirim ediləcək.

Bundan əlavə bankda əmanət yerləşdirmək istəyən şəxslər kampaniya müddəti ərzində 36 aylıq əmanətin faizlərinə 0.5% artım əldə edə biləcək.

Qeyd olunan müddət ərzində "MasterCard", "Gold" və "Visa Gold" kartlarının qiyməti 10 AZN-ə enəcək. Məlumata görə, bu kartları alarkən kartın balansına 500 manatdan artıq məbləğ daxil edəcəyiniz təqdirdə kartı ödənişsiz əldə edə biləcəksiniz.

Kampaniya oktyabr ayının 31-dək davam edəcək.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

  • Əvvəlki

    AMB-nin valyuta məzənnələri - RƏSMİ

Digər xəbərlər

23.11.2018 Sərfəli Banklar
“Amrahbank”da 0 faiz komissiya ilə kredit
0 0
23.11.2018 Sərfəli Banklar
Bank Respublika bu futbol klubunun sponsoru oldu
0 0
23.11.2018 Sərfəli Banklar
Azər Türk Bankdan 65 gün faizsiz kredit xətti
0 0
16.11.2018 Sərfəli Banklar
Bankların cəmi aktivləri - TOP-5
0 0