USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan 65 gün faizsiz kredit xətti

23.11.2018 Sərfəli Banklar
0 0
Azər Türk Bankda ayrılan kredit xətti üzrə istifadə edilən məbləğ 65 günədək qaytarıldıqda faiz hesablanmır.

“Kommersant.az” xəbər verir ki, bildiyimiz kimi bir çox dünya ölkələrində yeni il öncəsi mağazalarda endirimli satışlar təşkil olunur. Artıq belə bir ənənə Azərbaycanda da tətbiq edilməkdədir. Bununla əlaqədar olaraq, Azər Türk Bank noyabrayının 23-dən etibarən kampaniyaya başlayır. Belə ki, kampaniya ərzində Bank özünün yeni məhsulunu – fiziki şəxlər üçün nəzərdə tutulmuş 65 günədək güzəşt müddətli kredit kartını müştərilərə təklif edəcəkdir. Eyni zamanda, kampaniya çərçivəsində MasterCard Gold kartlarının müştərilərə hədiyyə edilməsi nəzərdə tutulmuşdur. Ayrılan kredit xətti üzrə istifadə edilən məbləğ 65 günədək qaytarıldıqda faiz hesablanmır.

Maksimal məbləği 5000 manat təşkil edən 65 günədək güzəşt müddəti olan kredit xətti rəsmi gəliri olan hər kəs üçün tək şəxsiyyət vəsiqəsi ilə açıla bilər. Milli valyutada olan kredit kartının debet qalığına illik 3% səviyyəsində əlavə faiz hesablanır və hər ayın sonuncu iş günü kart hesabına əlavə edilir.

Kampaniya yalnız Bakı şəhərini əhatə etməklə noyabrın 30-dək davam edəcəkdir. Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.