Bakı şəhər İcra Hakimiyyəti 8 nəfəri mənzilindən çıxarır - MƏHKƏMƏ

6 Sentyabr 16:34 SOSial
Bakı şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Departamenti 8 nəfəri mənzilindən çıxarmaq üçün ali məhkəməyə müraciət edib.

“Kommersant.az” xəbər verir ki, Muradova Məlahət Məlik qızını, Muradov Ağakərim Şahvəli oğlunu, Muradov Tamerlan Ədalət oğlunu, Muradov Nərmin Ədalət oğlunu, Muradov Tərlan Ədalət oğlunu, Muradov Süleyman Ağakərim oğlunu, Muradov Ədalət Ağakərim oğlunu, Şahverdiyeva Nənəbəyi Əşrəf qızını mənzildən çıxarmaq üçün iqtisad məhkəməsinə versə də məğlub olub. Bundan sonra isə sözügedən qurum 8 nəfəri ali məhkəməyə verərək evdən çıxarmaq niyətindədir.

Qeyd edək ki, sözügedən məhkəmə bu gün Gündüz Quliyevin sədrliyi ilə keçiriləcək.