Badamdar sürüşmə zonasında - SON VƏZİYYƏT

27 Oktyabr 10:23 SOSial
Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

"Kommersant.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Qaynarinfo-ya verilən xəbərə görə, sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Bildirilib ki, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb.

Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.