USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın dövlət borcu məlum oldu - RƏQƏMLƏR

20.08.2018 İqtisadiyyat
0 0
01 aprel 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 642.9 milyon ABŞ dolları (16 milyard 392.9 milyon manat) təşkil edib. Bu məbləğ, 01 Yanvar 2018-ci il tarixi ilə müqayisədə dollar ilə ifadədə 244,6 milyon dollar, Manat ilə ifadədə isə 414,8 milyon manat çoxdur.

"Kommersant.az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.0 faiz (2018-ci il üçün hesablanmış 74 milyard 646.90 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 398.3 milyon ABŞ dolları (15 milyard 978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 22.8 faiz (2017-ci il üçün hesablanmış 70 milyard 135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdi.

(c) Marja

  • Əvvəlki

    "Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0