Dövlət Gömrük Komitəsinin - AVQUST REKORDU

8 Sentyabr 11:54 Hesabat
Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 329 milyon 805 min manat daxil olub.

"Kommersant.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsi 2018-ci ilin avqust ayı üzrə göstəricilərini açıqlayıb. Belə ki, büdcəyə daxilolmalar ötən ay ilə müqayisədə 2,4 dəfə artaraq 329 milyon 805 min manata çatıb. Bu da ötən ilin avqust ayı ilə müqayisədə 17,7% çoxdur. 2017-ci ilin avqustunda büdcəyə daxilolmalar 220 milyon 128 min manat olub.

2018-ci ilin avqust ayında gömrük rüsumu üzrə büdcəyə daxilolmalar 85 milyon 936 min manat, ƏDV üzrə 220 milyon 235 min manat, aksizlər üzrə 8 milyon 556 min manat, yol vergisi üzrə isə 4 milyon 110 min manat təşkil edib.