Dövlət büdcəsinə gömrük daxilolmaları artıb

9 May 17:25 Hesabat
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,03 milyard manat köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.

Kommersant.Az”ın DGK-nin hesabatına istinadən verdiyi məlumata görə, aprel ayında gömrük daxilolmaları 300,59 milyon manat təşkil edib. Ötən ay gömrük rüsumlarından daxilolmalar 71,14 milyon manat, ƏDV – 211,53 milyon manat, aksiz daxilolmaları – 15,01 milyon manat, yol vergisindən daxilolmalar – 2,91 milyon manata bərabər olub.

2017-ci ilin aprel ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 25,6 faiz, ƏDV – 76,2 faiz, aksiz daxilolmaları – 94,5 faiz, yol vergisindən daxilolmalar – 11,8 faiz artıb.

Qeyd edək ki, 2018-ci il üçün Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir.