Müəllimlərin maaşlarının hesablanma qaydası - RƏSMİ

08.02.2019 İqtisadiyyat
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində düzəlişlər edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, müəllimlər Təhsil Nazirliyinin internet saytının "Aktual keçidlər" bölməsindən "Onlayn kalkulyator" http://edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablama imkanı əldə edə bilərlər.

Bunun üçün "Onlayn kalkulyator" keçidinə daxil olaraq müvafiq məlumatlar qeyd edilməli və "hesabla" düyməsi seçilməlidirlər. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları "Hesablama" düyməsindən aşağıda yerləşən cədvəl vasitəsi ilə əldə edə biləcəklər.

Milli.az