USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik rəsmisindən vergi bəyannamələri barədə açıqlama

13.02.2019 İqtisadiyyat
0 0
Vergiödəyiciləri tərəfindən təqdim edilən hesabat və vergi bəyannamələrinin 90 faizə yaxını elektron formada təqdim olunur.

"Kommersant.az" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin vergiödəyicilərinə xidmət departamentinin baş direktoru Elçin Məmmədov deyib. O qeyd edib ki, bu, həm vergiödəyiciləri ilə münasibətlərin düzgün qurulmasına və qarşıya çıxan çətinliklərin rahat şəkildə aradan qaldırılmasına, həm də düzgün təhlillərin aparılmasına və qiymətləndirmələrə geniş imkan yaradır. Departament rəhbərinin sözlərinə görə, vergiödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə daim texnoloji yeniliklər tətbiq olunur. Vergilər Nazirliyinin Çağrı mərkəzi vergiödəyicilərinin müntəzəm müraciət etdiyi və çox geniş auditoriyası olan bir sistemdir. Bundan başqa, sahibkarlara Vergiödəyiciləri xidmət mərkəzləri vasitəsilə çoxşaxəli köməklik göstərilir. E.Məmmədov, həmçinin vergiödəyicilərinə göstərilən ünvanlı xidmətlərlə bağlı vurğulayıb ki, bu, hansısa səbəblərdən xidmət mərkəzlərinə gedə bilməyənlərə, yaxud yeni qeydiyyatdan keçmiş vergiödəyicilərini əhatə edir: "Elə vergiödəyiciləri var ki, onlar vergi qanunvericiliyinin tələblərini lazımi səviyyədə bilmir, yaxud yeniliklərdən xəbərsizdirlər. Belə hallarda biz özümüz həmin vergiödəyicilərinə ünvanlı xidmət göstəririk ki, onlar bizneslərini qanunun tələblərinə uyğun qura və inkişaf etdirə bilsinlər".

  • Əvvəlki

    Pensiyalar ötən ayın artımı ilə birlikdə veriləcək - ŞAD XƏBƏR

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0