USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiyaçılara şad xəbər

14.02.2019 İqtisadiyyat
0 0
Azərbaycanda əmək pensiyalarının ödənilməsi iki gün ərzində təmin ediləcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

F.Talıbov bildirib ki, Prezident İlham Əliyevin 7 fevral 2019-cu il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir.

O qeyd edib ki, bu indeksləşdirmə nəticəsində bütün növ əmək pensiyalarının sığorta hissəsi 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə artırılması təmin edilir.

Şöbə müdiri vurğulayıb ki, bu istiqamətdə proses artıq yekunlaşmaq üzrədir və iki gün ərzində əmək pensiyalarının tam olaraq ödənilməsi təmin ediləcək.

  • Əvvəlki

    Yanvarda 10 minə yaxın yeni vergi ödəyicisi qeydiyyata alınıb

Digər xəbərlər