Çindən gətirilən malların karqo qiymətinin artmasına - Rəsmi münasibət

2 İyun 22:45 İqtisadiyyat
Azərbaycana Çindən gətirilən malların karqo qiymətinin qalxması barədə mətbuatda məlumatlar yayılıb.

"Kommersant.Az" "Qafqazinfo”ya istinadən xəbər verir ki, sahibkarlar əvvəllər bunun üçün karqo şirkətinə 350 dollar pul ödəyirdisə, indi bunun üçün onlardan 518 dollar pul tələb edilir. Onlar qiymətin qalxmasına Dövlət Gömrük Komitəsinin səbəb olduğunu qeyd edirlər.

“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovdan münasibət öyrənib. O bildirib ki, karqo şirkətlərinin Dövlət Gömrük Komitəsinə aidiyyatı yoxdur: “Onlar özəl şirkətlərdir. Əgər onlar belə addım atıblarsa, bu onların öz işidir. Səbəbini daşıma şirkətlərindən soruşmaq lazımdır. Dövlət Gömrük Komitəsində isə gömrük rüsumlarının qiymətində heç bir dəyişiklik olmayıb. Rüsumlar əvvəlki kimidir”.

  • Əvvəlki

    Ağsuçay çayında minik avtomobilində köməksiz vəziyyətdə qalmış dörd nəfər xilas olunub

Digər xəbərlər

7 Avqust 18:50 İqtisadiyyat
Məscid kompleksi yenidən qurulacaq
0 0
3 Avqust 13:16 İqtisadiyyat
Avtomobillər bahalaşacaq - EKSPERT
1 0