Sahil Babayevə yeni müşavir təyin edilib

4 İyun 10:13 İqtisadiyyat
Elman Cəfərov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşaviri təyin edilib.

"Kommersant" bildirir ki, bundan əvvəl Anar Əliyev və Vüsal Nəsirli nazirin müşaviri vəzifələrinə təyin edilmişdilər. Yeni təyinatlardan sonra müşavirlərin sayı ümumilikdə 4-ə çatıb.

Bundan başqa, Bəxtiyar Əzizova Aparat rəhbərinin müavini postu həvalə olunub.

Qeyd edək ki, A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi.

Həmçinin nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Sabir Qocayevə tapşırılıb. Əmək siyasəti şöbəsinin müdiri vəzifəsini isə müvəqqəti olaraq Əbülfət Məhərrəmov icra edəcək.

Xatırladaq ki, aprel ayında Sahil Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

  • Əvvəlki

    Ən sərfəli istehlak krediti verən banklar - SİYAHI

Digər xəbərlər

9 Avqust 18:30 İqtisadiyyat
Azərbaycan xalçalarının qiyməti açıqlandı
0 0
7 Avqust 18:50 İqtisadiyyat
Məscid kompleksi yenidən qurulacaq
0 0
3 Avqust 13:16 İqtisadiyyat
Avtomobillər bahalaşacaq - EKSPERT
1 0
3 Avqust 12:58 İqtisadiyyat
Nazirlikdə - YENİ TƏYİNAT
0 0