USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda deflyasiya davam edir

05.06.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Cari ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşmış (deflyasiya), əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə sabit qalmışdır.

"Kommersant" bildirir ki, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır.

Ay ərzində unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, yumurtanın, marqarin və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, sarımsağın, soğanın, kartofun, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, almanın, yerkökünün, göyərtinin, qəhvə və çayın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

May ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltar və ayaqqabıların təmirinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobillərin təmirinin, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublika daxilində istirahət turlarının, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində bahalaşma, dəmiryol nəqliyyatı ilə respublika daxilində sərnişindaşıma xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublikadan kənara istirahət turlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur.

  • Əvvəlki

    Azərbaycandan 21 tona yaxın soğanın Dağıstana keçirilməsinin qarşısı alınıb

Digər xəbərlər