Meyvə ixracı azalıb - RƏQƏMLƏR

11.10.2018 İqtisadiyyat
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13412,2 milyon dollar, idxalın dəyəri 6863,5 milyon dollar təşkil edib. Nəticədə 6548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8%, o cümlədən ixrac 37,7%, idxal 29,5% artıb. Real ifadədə dövriyyə 0,2%, o cümlədən ixrac 1,0% artıb, idxal isə 1,2% azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 27,7%-ni İtaliyaya, 8,4%-ni Türkiyəyə, 6,7%-ni İsrailə, 4,8%-ni Almaniyaya, 4,6%-ni Hindistana, 4,3%-ni Tayvana (Çinin əyaləti), 3,8%-ni Çexiyaya, 3,6%-ni İndoneziyaya, 3,3%-ni Kanadaya, 3,2%-ni Rusiyaya, 3,1%-ni Portuqaliyaya, 3,0%-ni Fransaya, 2,8%-ni Gürcüstana, 2,6%-ni İspaniyaya, qalan 18,1%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5%-i Rusiya, 14,6%-i Türkiyə, 10,5%-i Çin, 6,3%-i Almaniya, 5,2%-i ABŞ, 4,0%-i Ukrayna, 3,2%-i İtaliya, 2,8%-i Yaponiya, 2,6%-i İran, 2,4%-i Cənubi Afrika Respublikası, 2,3%-i Birləşmiş Krallıq, 2,2%-i İsveçrə, 28,4%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-avqust aylarında 1093,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 13,5%, real ifadədə isə 4,0% çoxdur.

2018-ci ilin yanvar-avqust aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 37,6%, təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, kartof – 15,5%, bitki yağları – 1,2%, meyvə və tərəvəz konservləri – 14,9%, polietilen – 16,8%, emal olunmamış alüminium – 18,3%, pambıq lifi – 2,1 dəfə, qara metallardan borular – 8,4%, pambıq ipliyi – 25,7% artıb, təzə tərəvəz ixracı isə 3,3%, şəkər – 39,4%, tütün – 23,3%, meyvə və tərəvəz şirələri – 13,0%, çay – 22,5%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 16,9%, qara metallardan yarımfabrikatlar – 69,7%, bentonit gili – 4,5% azalıb.

2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2018-ci ilin yanvar-avqust aylarında buğda idxalı 20,4%, bitki yağları – 5,0%, təzə meyvə – 50,2%, çay – 9,0%, quş əti və onun əlavə məhsulları – 16,4%, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,6 dəfə, qara metallardan çubuqlar – 32,0%, mineral gübrələr – 57,2%, mebellər – 22,5%, hesablama maşınları, blok və qurğuları – 6,5%, polietilen – 34,2%, məişət kondisionerləri – 27,0%, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 20,9%, sement və sement klinkerləri – 64,8%, məişət soyuducuları – 2,1 dəfə artmış, siqaret idxalı isə 1,6%, xam şəkər və şəkər – 36,2%, kərə yağı, digər süd yağları və pastaları – 22,0%, kartof – 18,4%, mal əti – 21,7%, təzə tərəvəz – 47,1%, polad prokatı – 3,2%, qara metallardan künclüklər ­– 5,4%, avtobuslar – 25,4% azalıb.

  • Əvvəlki

    İçki və siqaretə 13 milyon manat xərcləmişik - 9 AYIN STATİSTİKASI

Digər xəbərlər