Əlilliyi olan 52 nəfərə maddi yardım edilib

12 Oktyabr 17:37 İqtisadiyyat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il ərzində 3825 sanator-kurort putyovkası verilib.

"Kommersant.az" xəbər verir ki, sanator-kurort putyovkaları Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun rayon (şəhər) şöbələri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında verilir.

Həmçinin əlilliyi olan şəxslərin asudə vaxtının təşkili məqsədi ilə bu kateqoriyadan olan 1229 nəfər Lənkəran, Quba və Xaçmaz rayonlarında yerləşən istirahət mərkəzlərinə göndərilib. Nazirliyin "Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiyası"nın qərarı əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 1085 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə, 52 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına köməklik göstərilməsi məqsədilə birdəfəlik maddi yardımlar edilib.

Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası"nın müvafiq rəyi əsasında 15 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə müvafiq köməklik göstərilib.

  • Əvvəlki

    1-ci gün dollar neçəyə olacaq?

Digər xəbərlər

22 Oktyabr 18:49 İqtisadiyyat
WTCA ilə Azexport anlaşdı - MEMORANDUM
0 0
22 Oktyabr 18:17 İqtisadiyyat
İmişliyə 4 milyon manat ayrıldı - 2 SƏRƏNCAM
0 0
19 Oktyabr 19:00 İqtisadiyyat
Bu yol genişləndirilir
0 0
18 Oktyabr 14:57 İqtisadiyyat
Bu yol dekabrda açılacaq - RƏSMİ AÇIQLAMA
0 0
18 Oktyabr 10:20 İqtisadiyyat
Ağac kəsənlər 1300 manat cərimələndi
0 0
17 Oktyabr 22:00 İqtisadiyyat
Bakının mərkəzində yol çökdü - FOTOLAR
0 0
17 Oktyabr 16:33 İqtisadiyyat
44 min nəfər iş tapıb
0 0
17 Oktyabr 10:53 İqtisadiyyat
Əmək haqları 7 dəfə artırıldı
0 0
17 Oktyabr 10:01 İqtisadiyyat
Azərbaycan nefti dəyər itirdi
0 0