Şəhid ailələrinə 500-dən çox mənzil verildi

7 Noyabr 12:40 İqtisadiyyat
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.

"Kommersant.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, Nazirliyin sifarişi ilə bu kateqoriyalardan olan vətəndaşlar üçün İmişli rayonunda tikilən 54 mənzilli və Şamaxı rayonunda tikilən 36 mənzilli yaşayış binalarının inşası artıq başa çatdırılıb. Yaxın günlərdə həmin binalardakı mənzillər növbədə dayanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, binaların həyət-bacasında abadlaşdırma işləri görülüb.

Respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hazırda 67 fərdi evin inşası işləri də aparılır. Onlardan artıq əksər evlərin tikinti işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzil alınması üçün 20 milyon manat vəsait ayrılıb.

  • Əvvəlki

    Bu şəxslərin əmək haqları artırılacaq

Digər xəbərlər

20 Noyabr 22:58 İqtisadiyyat
Pensiyalar 48 faiz artır - NAZİRDƏN ŞAD XƏBƏR
0 0
20 Noyabr 18:04 İqtisadiyyat
2,5 ton əti məhv etdi
0 0
19 Noyabr 13:44 İqtisadiyyat
Niyə hamı varlı ola bilmir?
0 0
19 Noyabr 13:24 İqtisadiyyat
Azərbaycanda 5 gün iş olmayacaq
0 0