USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Heydər Əliyev Beynəlxalq Aeroportu rekorda imza atıb

11.01.2019 İqtisadiyyat
0 0
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirmişdir - ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərmişdir. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.

"Kommersant.az" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib. 2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşımışdır.

Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınmışdır.

Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi "Buta Airways"in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşmüşdür.

2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways" ilə yanaşı "Turkish Airlines", "FlyDubai", "Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "Air Arabia", "S7 Airlines", "Qatar Airways", "Utair", "Lufthansa" və "SCAT" daxil olmuşdur. Onlar ümumilikdə 1,15 milyon sərnişinə xidmət göstərmişdir.

2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olmuşdur. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçmuşdur.

Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirmişdir.

Marja

  • Əvvəlki

    “Bakı Fond Birjası”nın dövriyyəsi 72% artıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0