Sabirabadda ədviyyat istehsal olunacaq

17.05.2018 Sosial
Sabirabadda dövlət dəstəyi ilə ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsi yaradılır.

Bu barədə “Kommersant.Az”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Mayın 17-də müəssisədə birinci mərhələ üzrə görülmüş işlərə baxış keçirilib. Müəssisədə hazırda 25 nəfər işçi çalışır və ikinci mərhələ üzrə işlər tamamlandıqdan sonra 70-dən çox yeni iş yeri açılacaq.