USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sosial şəbəkələrin fəaliyyəti dayandırıla bilər

30.01.2019 İqtisadiyyat
0 0
İngiltərədə sosial şəbəkə şirkətlərinin fəaliyyəti qadağan oluna bilər.

"Kommersant.az" xəbər verir ki, İngiltərənin səhiyyə naziri Matt Hankok zərərli məzmunlu paylaşımlar aradan qaldırılmasa sosial şəbəkə şirkətlərinin fəaliyyətinin qadağan oluna biləcəyini söyləyib. O, şirkətlərin bu məzmunlu paylaşımları dayandırmadığı təqdirdə bununla bağlı qanun layihəsi qəbul edə biləcəklərini deyib.

Nazir sosial şəbəkə şirkətlərinə intihar videolarının paylaşılmaması üçün dəfələrlə çağırış edib.

Buna səbəb isə 2017-ci ildə 14 yaşlı Molli Rasselin sosial şəbəkədə izlədiyi zərərli məzmunlu məlumatdan sonra intihar etməsi olub.