USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Novruz çərşənbələrinin vaxtı açıqlandı

30.01.2019 İqtisadiyyat
0 0
2019-cu ildə Azərbaycanda Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər məlum olub.

Bu barədə "Kommersant.az"-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Belə ki, ilk olaraq, fevralın 26-da Su çərşənbəsi olacaq. Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi isə martın 12-də, sonuncu - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşməsi baş verəcək.

Qeyd edək ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 martda istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək.

  • Əvvəlki

    Google rəsmisi saytlarla bağlı bu sirri açdı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0