İTV-yə yeni baş direktor seçildi

1 İyun 12:40 Sosial
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktoru vəzifəsinə Balakişi Qasımov seçilib.

Bununla Milli Televiziya və Radio Şurasında seçki keçirilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı var idi. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğludur.